Luiş Fiqu “Real”ı vaxtında Erlinq Holandı “Zaltsburq”dan transfer etmədiyinə görə qınayıb.
Madrid klubunun sabiq oyunçusunun sözlərinə görə, 19 yaşlı norveçli hücumçu indi “Borussiya”da yox, “Real”da oynamalı idi: “Real” Holandın “Borussiya”ya keçidinə imkan verməməli idi. O, çox qol vurur və meydanda fantastik işlər görür. Məncə, madridlilər daha cəld tərpənməli idi. Bu amil göstərir ki, klubun seleksiya işçilərinin fəaliyyəti heç də uğurlu deyil”.
Xatırladaq ki, Holand bu ilin yanvarında 20 milyon avroya “Zaltsburq”dan “Borussiya”ya transfer olunmuşdu. Bu mövsüm 19 yaşlı hücumçu bundesliqada keçirdiyi 8 oyunda 9 qol vurub və bir məhsuldar ötürmə ilə fərqlənib.